“Qərb Ukraynaya verdiyi “yardım”ları geri alıb, Rusiyaya qaytaracaq” – Zərdüşt Əlizadə

Hazırda oxunan: “Qərb Ukraynaya verdiyi “yardım”ları geri alıb, Rusiyaya qaytaracaq” – Zərdüşt Əlizadə

215575

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə Ukraynaya 35 milyard avro məbləğində kreditin ayrılmasını təsdiqləyib. Son olaraq qərar Avropa Parlamenti tərəfindən ratifikasiya edilməlidir. Bundan sonra o, rəsmən təsdiqlənəcək.

Göründüyü kimi, Qərb Ukraynaya yardım etmək məsələsində xəsisliyinə davam edir. Öz hesabına etdikləri yardımlar bir kənara, hətta Rusiyanın vəsaitlərini belə Ukraynaya kömək kimi deyil, kredit formasında vermək istəyir. 
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna Rusiyanın Kurskdakı əks-hücumunu DAYANDIRDI


Bu isə Qərbin ikiüzlülüyün göstəricisidir...

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, Qərbin bu cür yanaşması inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında ticarətin ədalətsiz aparıldığının göstəricisidir:

“Maliyyə sistemində dəmir kimi işləyən qayda-qanun var. Belə qanunlar olmasa maliyyə sistemi də işləməz. Odur ki, beynəlxalq miqyasda maliyyə qanunları  işləyir. Lokal müharibələr zamanı da maliyyə qanunları dəyişmir. Rusiyanın 600 milyard dollarlıq ehtiyatının 300 milyard dolları Qərb banklarındadır. Rusiyanın Ukraynaya təcavüzü fonunda Qərb banklarında olan bu ehtiyatlar dondurulub. Amma bununla yanaşı, həmi ehtiyatlar müəyyən faiz nisbətində gəlir gətirir. 

Müharibələr amansız olduğundan bu kimi qaydaların müqəddəsliyi də pozulur.

Ona görə də Qərb həmin aktivlərdən gələn gəlirləri Ukraynaya yardım adı ilə verir. Onu da kreditlə verir ki, indi istifadə edib, gələcəkdə faizlə qaytarsınlar. Ukrayna aldığı bu krediti maliyyə qurumlarına qaytaracaq. Onlar da vəziyyət normallaşandan sonra Rusiyaya qaytaracaqlar. Bu yanaşma inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında ticarətin ədalətsiz aparıldığının bariz göstəricisidir. 

Qərb iqtisadiyyatı yoxsul ölkələrin hesabına inkişaf edir. Qərb üçün əsas məsələ öz işlərinin hamar getməsidir. Onlar üçün Ukrayna və Rusiyanın taleyi qətiyyən maraqlı deyil”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin