Kütləvi zəhərlənmə ilə bağlı BDU-dan AÇIQLAMA

Hazırda oxunan: Kütləvi zəhərlənmə ilə bağlı BDU-dan AÇIQLAMA

215544

Xəbər verdiyimiz kimi, Qazaxda 18 tələbə dönərdən zəhərlənib. Hadisə dünən Qazax şəhər ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində baş verib.

Kütləvi zəhərlənmə ilə bağlı Bakı Dövlət Universitetindən Bizim.Media-ya bildirilib ki, Bakı Dövlət Universitenin Qazax şəhərində yerləşən Qazax filialında baş verən hadisə ilə bağlı müvafiq tədbirlər görülür.
 

MÖVZU İLƏ BAĞLI:

Qazaxda 18 tələbə dönərdən ZƏHƏRLƏNDİ - ADLAR


Qeyd edək ki, universitetin bufetində baş verən zəhərlənmə ilə bağlı AQTA da araşdırmalara başlayıb.

Məlumat üçün bildirək ki, Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər (7 kişi, 11 qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə müraciət edib. 16 nəfər ambulator müalicə üçün evə buraxılıb, 2 nəfər isə xəstəxanada müalicəsini davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin