UEFA-nın prezidenti Aleksander Çeferin futbolçuların oyun təqvimi ilə bağlı narazılıqlarına cavab verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Football Talk” məlumat yayıb.
O, deyib: “Qəbul etmək lazımdır ki, matçların təqvimi tam doludur. Amma qeyd etməliyəm ki, bu təqvimə kimlər narazılıq edir. O kəslər ki, ən çox maaş alırlar və o klublar ki, heyətlərində 25 ən yaxşı futbolçuları var. Maaşları daha az, heyətləri 11 nəfərdən ibarət olan komandalar narazı deyillər. Onlar meydana çıxmağı sevirlər”.
Qeyd edək ki, daha öncə Rodri, Kevin De Brüyne, Dani Karvaxal və digər futbolçular hazırkı mövsümün oyun təqvimini tənqid etmişdilər.
Bizim.Media
- A-
- A
- A+
İdman
00:48 / 11.10.2024
UEFA-nın prezidentindən təqvimlə bağlı narazılıqlara CAVAB
Hazırda oxunan: UEFA-nın prezidentindən təqvimlə bağlı narazılıqlara CAVAB
Hazırda oxunan: UEFA-nın prezidentindən təqvimlə bağlı narazılıqlara CAVAB
215525
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.