Pandemiyada çimərlik - Yayda necə istirahət edəcəyik? – AÇIQLAMA

Hazırda oxunan: Pandemiyada çimərlik - Yayda necə istirahət edəcəyik? – AÇIQLAMA

21547

2020-ci ilin yay mövsümünün demək olar ki, ən çox hissəsi çimərlik qadağası ilə keçdi. Regionlara yollar bağlandı və təbiiətlə təmas mümkün olmadı.

Hamıya bəllidir ki, D vitaminin ən böyük qaynağı günəş olduğu üçün çimərlik üzünə həsrət qalan insanlar bu vitamindən də məhrum oldu, bu isə qış və yaz aylarında koronavirusun daha da geniş yayılmasına səbəb yaratdı.

Hazırda yay mövsümünün yaxınlaşması insanlar arasında bu bəzi qadağaların yenidən tətbiq olunacağı barədə təşviş yaradır.
 

MÖVZU İLƏ BAĞLI:

Bu yay çimərliklər açıla bilər


Bəs, post-pandemiya dövründə daha təhlükəsiz istirahət necə planlanmalıdır? Bununla bağlı, turizm sahəsinin mütəxəssislərinin mövqeyini öyrənməyə çalışdıq.

Bu sahə üzrə mütəxəssis Samir Dübəndinin fikrincə, bu dönəmdə ən əsası insanlarda səyahətə maraq yaratmaq üçün alternativ yollardan istifadə olunmalıdır.

“Pandemiya dövründə ən çox zərər çəkən sektorlardan biri də turuzim sektoru oldu. Hər zaman yay fəsli truzim sahəsi üçün yüksəliş mövsum hesab edilir. İlboyu çalışan insanlar məzuniyyətləri  zamanı planlar qurmağa başlayırlar. Bu aylar bizə fürsət verir ki, daxili turizim sahəsində insanların təhlükəsizliyini, maraq dairələrini düşünüb əlverişli turizim növlərini inkişaf etdirək”.

Ekspert həmçinin bildirib ki, pandemiya müddətində istirahət məkanları Nazirlər Kabinetinin, Turizm Agentliyinin və AQTA – nın  müvafiq qərarlarına əməl edərək təhlükəsiz istirahət təşkil etməlidir. Bu insanları istirahət zamanı özlərini güvənli hiss etməklərinə kömək edəcək. 

Bundan əlavə Samir Dübəndinin fikrincə, insanların sağlamlığı üçün ölkədə ekoturizmi daha da inkişaf etdirmək doğrudur.

“Mən post pandemiya dövründə insanların sağlamlığı üçün ekoturizimi inkişaf etdirməyi əsas faktor hesab edirəm. Çünki qapalı mühitdən çıxan insanlara mütləq şəkildə təbii oksigen, təbiətin qoynunda dincəlmək daha vacibdir. Bunun üçün düşünürəm ki,  xüsusi olaraq turizm sahəsində çalışanlar müxtəlif proqramlar, layihələr təqdim etməlidir”. 

Mütəxəssis pandemiyanın davam etməsi turizm strategiyasının müəyyənləşməsində də çətinlik yaratdığını vurğulayıb.

İndi hamını turizm sektorunun hansı addımlar atacağını, özünü qısa zamanda necə toplayacağı maraqlandırır. Hazırda bir çox insanı qiymətlərdə müşahidə olunacaq bahalaşma maraqlandırır. Pandemiyanın vurduğu ziyanlar istirahətlər qiymətlərinə öz təsirini necə göstərəcək.

Turizm eksperti bu məsələ barədə yaranan söz-söhbətlərə də aydınlıq gətirib:

“Çox güman ki, müqayisədə qiymətlərdə artım müşahidə olunmayacaq. Əksinə azalma olacağı gözlənilir. Otellər yüksək qiymətlər tətbiq etməyəcəklər. Çünki pandemiya ilə əlaqədar işlər demək olar ki, iflic vəziyyətinə düşüb və müəssisələr müştərilərin və işin olması üçün qiymətləri münasib edəcəyini düşünürəm”.

Bəs, çimərliklər bu il necə qapadılacaqmı?

Həkim Rasif Bağırovun fikrincə, yay truziminin təhlükəsiz təşkil etmək üçün Avropa təcrübəsindən istifadə etmək lazımdır. O, qeyd edib ki, yay mövsümündə çimərliklərin açılması insan orqanizmi üçün çox vacibdir. 

“Əhalinin 90 %- də D vitamini çatışmazlığı var. Nəticədə immun sisteminin müqaviməti zəifləyir və müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.  Elə bu səbəb görə insan orqanizmi üçün  yay aylarında bollluca günəş şüası qəbul etmək vacibdir. 

Düşünürəm ki, əgər hər bir insan çimərliklərdə bütün qaydalara əməl etsə, sosial məsafəni qorusa, heç bir qapadılmaya ehtiyac qlmaz. Bu xüsusda çimərliklərin xüsusi qaydalar tətbiq olunmaqla açılması vacibdir”, – deyə Rasif Bağırov bildirib.

Vüsalə Balayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin