Zaxarova: “Qərbin siyasəti nəticəsində nüvə təhlükəsinin səviyyəsi ciddi şəkildə artıb"

Hazırda oxunan: Zaxarova: “Qərbin siyasəti nəticəsində nüvə təhlükəsinin səviyyəsi ciddi şəkildə artıb"

215339

"Hazırda Qərbin nüvə dövlətləri arasında birbaşa hərbi toqquşmaya səbəb ola biləcək destruktiv siyasəti nəticəsində nüvə təhlükəsinin səviyyəsi ciddi şəkildə artıb".

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, Rusiyanın bununla bağlı həm ABŞ-a, həm də onun izi ilə gedən digər NATO üzvlərinə açıq şəkildə xəbərdarlıq edib:

"Düşünmədən Amerika kursunu izləmək əvəzinə, onun təxribatçı və son dərəcə təhlükəli xəttinin səbəb ola biləcəyi fəlakətli nəticələri dərk etmək lazımdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin