İsrailin SUSQUNLUĞU – İrana cavab zərbəsi niyə GECİKİR?

Hazırda oxunan: İsrailin SUSQUNLUĞU – İrana cavab zərbəsi niyə GECİKİR?

215133

Sentyabrın son günlərində İranın İsrailə endirdiyi raket zərbələri fonunda qarşı tərəf bunun cavabının veriləcəyini bəyan edib. İsrailin Baş naziri Benjamin Netanyahu İranın İsrailə raket hücumu etməsini “böyük səhv” adlandırıb və bunun İrana baha başa gələcəyini deyib. Lakin hələlik İsrail bu istiqamətdə konkret addımlara keçməyib. Cavab zərbələri nədənsə yubanır.

Belə vəziyyətdə fikirlər səslənir ki, İsrail İrana hücum etmək fikrindən daşınıb. 

Bu görəsən, doğrudanmı belədir? 
 

MÖVZU İLƏ BAĞLI:

İsrail ordusu Livana ərəbcə MÜRACİƏT ETDİ: Beyrut sakinlərini təxliyə edin!


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, İsrail İrana hücum fikrindən qətiyyən geri çəkilməyib. Sadəcə olaraq, rəsmi Təl-Əviv tələskənliyə yol vermək istəmir: 

“İsrail İran qarşıdurmasının baş verməsini  istəməyən bir sıra beynəlxalq güc faktorları var. Bu gün doğrudan da İsraillə İran arasında hansısa aktiv savaş situasiyası təkcə bölgə, İran və İsrail üçün deyil, bütün digər ölkələr üçün də ciddi problemlər yaradacaq. Ona görə də İran İsrail qarşıdurmasının olmamasını istəyən ölkələrin sayı kifayət qədərdir. Baxmayaraq ki, bölgədə daim gərginliyin qalmasında maraqlı olan qüvvələr də var. Yəni İranla İsrail arasında savaşda maraqlı olan və ondan öz mənfəət və maraqlarını gözləyən ölkələrin sayı da kifayət qədərdir”.

“Müsbət yeniliklər gözlənilmir”

Ekspertə görə, Təl-Əviv ola bilsin indiki situasiyada İrana tələsik və düşünülməmiş hücumun İsrail üçün daha pis nəticələrlə yekunlaşa biləcəyindən ehtiyatlanır: 

“Düşünürəm ki, bu baxımdan da İsrailin İrana hücum qərarında müəyyən korrektələr və yaxud müvəqqəti olaraq dayanma prosesi baş verir. Amma bu əsla o demək deyil ki, bölgədə hər ey sabitləşib, İran İsrail münaqişəsilə bağlı köklü addım atılıb. 


Hər halda ideoloji olaraq İran və İsralin böhranını dəstəkləyən qüvvələr arasında böyük anlaşılmazlıq və qarşıdurmalar mövcuddur. Belə qarşıdurma və anlaşılmazlıqların olduğu dövrdə tez bir zamanda bölgə ilə bağlı hansısa müsbət gələcək təəssüf ki, gözlənilmir. Bölgə ilə bağlı qütblərin bir-birilə ideoloji savaşlarının mahiyyəti və kökü daha dərindir”.  

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin