Azərbaycana bu ölkələrdən quş əti idxal edilməyəcək - SƏBƏB

Hazırda oxunan: Azərbaycana bu ölkələrdən quş əti idxal edilməyəcək - SƏBƏB

21513

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bizim.Media-ua verilən məlumata görə, Agentlik tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rumıniya Respublikasının Xargita, Danimarka Krallığının Zelandiya, Cənubi Danimarka, Midtyulənd, Hovedstaden, Cənubi Afrika Respublikasının Mpumalanqa və Fri-Steyt inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Daha iki ölkədən quş əti idxalına qadağa qoyuldu


Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Rumıniya Respublikasının Xargita, Danimarka Krallığının Zelandiya, Cənubi Danimarka, Midtyulənd, Hovedstaden, Cənubi Afrika Respublikasının Mpumalanqa və Fri-Steyt inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Danimarka Krallığından, Cənubi Afrika və Rumıniya respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin