İşğal dönəmində Azərbaycana vurulan zərərin miqdarı AÇIQLANDI

Hazırda oxunan: İşğal dönəmində Azərbaycana vurulan zərərin miqdarı AÇIQLANDI

215088

“Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi bəzi ölkələri və dairələri narahat edib. Azərbaycan torpaqları 30 il ərzində işğal altında qalıb. Ermənistan torpaqlarımızı işğalda saxlamaqla ölkəmizə 100 milyard dollar ziyan vurub. İndi ortada Ermənistanın tamamilə dağıtdığı, digər tərəfdən Azərbaycanın qurduğu ərazilər var”.

Bizim.Media xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov deyib.

O bildirib ki, bir sıra ölkə və dairələr qərəzli mövqe  tutmaqda davam edir:

“1979-cu ildə Ermənistanın rəsmi rəqəmlərinə görə, Ermənistan SSRİ-nin tərkibində 170 mindən artıq azərbaycanlı yaşayıb. 10 il sonra təmizlənməyə başladıldı. 1989-cu ildə bir azərbaycanlının yaşadığı statistikasına rast gəlinmir. 700 minə yaxın azərbaycanlı öz ata-baba yurdundan ayrı düşürüldü. Çox təəsssüf ki, bununla bağlı ABŞ nə mübasibət bildridi, nə qətnamə qəbul etdi. Hazırda Azərbaycan bu cür təhdidlərə cavab vermək gücündədir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin