Dini kəbin rəsmi nikahdan bahadır? – SORĞU

Hazırda oxunan: Dini kəbin rəsmi nikahdan bahadır? – SORĞU

215064

Azərbaycanda ailə quranların əksəriyyəti rəsmi dövlət nikahı ilə yanaşı dini kəbin də kəsdirirlər.

Dini nikahı məscid axundları və mollalar icra edirlər. 

Cəmiyyətdə nikahın həm dövlət, həm də din adamları tərəfindən təsdiq edilməsi özü də birmənalı qarşılanmır. Çünki nikah dövlət tərəfindən şahidlər olmaqla təsdiq edilir və evliliyin rəsmiləşdirilməsinə xidmət edir. Cütlüklər 10 manat dövlət rüsumu ödəməklə nikaha daxil ola bilirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Dini KƏBİN, yoxsa rəsmi NİKAH? – “Ruhani təbəqənin qondardığı xurafatdır”


Dində isə nikahın kəsilməsinin savab, pulsuz olduğu deyilsə də, bu iş havayı başa gəlmir. Rəsmi olmadığı və konkret məbləğ müəyyən olunmadığı üçün gənclərdən fərqli məbləğ tələb olunur.

Bizim.Media paytaxtdakı məscidlərin bir neçəsində nikahın neçəyə başa gəldiyini araşdırıb.

El arasında Göy məscid kimi tanınan Əjdərbəy məscidində kəbinin qiyməti 20 manatdan başlayır. Məsciddən saytımıza bildiriblər ki, kimin imkanı nəyə çatırsa, onu da verir:

“Yoxdu heç verməsinlər, şirni (şirinlik) verirlər, 20,30, 50 manat olur. Kim nə verir, verir. Kəbinə qiymət qoysaq, günah olar. Sadəcə, şirni kimi verirlər. İmkanlı adam gəlir 100 manat verir”.
Cümə məscidində isə minimum qiymət 30 manatdır. Həmin məsciddə də kəbin üçün 30, 40, 50 manat ödənildiyini deyiblər.

Təzəpir məscidindən isə qiymətin kəbin kəsildiyi zaman bəlli olduğu bildirilib. 

Bir sözlə araşdırmamzla aydın oldu ki, paytaxtda yerləşən bir neçə məscidin dini kəbinə görə qiyməti ən azı 20 manatdan başlayır. 

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin