İtaliyalı politoloqdan XƏBƏRDARLIQ – “Ermənistan hərbi xərcləri azaltmasa...” – ÖZƏL

Hazırda oxunan: İtaliyalı politoloqdan XƏBƏRDARLIQ – “Ermənistan hərbi xərcləri azaltmasa...” – ÖZƏL

215063

“Ermənistan kompensasiya ödəyə bilməz. İrəvan hökuməti və iqtisadiyyatı, həqiqətən də, bərbad vəziyyətdədir. Yalnız yeni siyasi layihə Ermənistanda vəziyyəti yaxşılaşdıra bilər”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında italiyalı siyasi şərhçi, analitik Dameniko Letiza deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İrəvandan sülh müqaviləsi ilə bağlı daha bir RƏSMİ AÇIQLAMA


Analitik işğal dönəmində Ermənistanın Azərbaycana vurduğu zərər barədə fikirlərini bölüşüb:

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə başlaması və innovativ infrastruktur qurmaqla bir çox ölkələr üçün önəmli nümunəyə çevrilib. Kompensasiyasız belə bu əraziləri yenidən qurmaq, iqtisadi, sosial və kommersiya cəhətdən inkişaf etdirmək önəmlidir. Düşünürəm ki, Azərbaycan məhz belə də edir”, - deyə D.Letiza deyib.

“Ermənistanın nifrət siyasəti dəyişməlidir”

Analitik hesab edir ki, Ermənistan inkişaf etmək və Azərbaycanla sülh şəraitində rifahını yaxşılaşdırmaq üçün hərbi xərcləri azaltmalıdır: 

“Fikrimcə, Ermənistan hərbi xərclərə daha az vəsait ayırmalı, ölkənin iqtisadiyyatı və kommersiya potensialının artımı ilə bağlı real məsələlərə diqqəti artırmalıdır. Ermənistanın Azərbaycanla harmoniya və sülh şəraitində yeni siyasət xətti seçməsi Qafqazın möcüzələrini dünyaya tanıda bilər. 


Avropalı turistləri bölgəyə cəlb etmək üçün geniş turizm layihəsi, o cümlədən Ermənistan, Azərbaycan və Gürcüstana səfərləri əhatə edən turizm proqramı hazırlana bilər. Bunun üçün isə Ermənistanda mövcud olan nifrət siyasəti dəyişməlidir. Ermənistan zamanla Azərbaycana dəymiş zərəri də ödəməlidir”, - deyə D.Letiza əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin