Rusiya kanallarına haker hücumu oldu

Hazırda oxunan: Rusiya kanallarına haker hücumu oldu

214943

"Rossiya-1" və Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə daxil olan digər telekanalların və radiostansiyalarının yayımı haker hücumu səbəbindən dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat verib.

Qeyd olunub ki, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti bu günə qədər görünməmiş haker hücumuna məruz qalıb.

Hazırda onlayn yayım, daxili xidmətlər, hətta internet də işləmir. Bildirilib ki, serverlərdən hər şey, o cümlədən ehtiyat nüsxələr silinib. Problemin çox ciddi olduğu və bərpasının çox vaxt aparacağı qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin