Azərbaycanda bu gündən "Sputnik V” vaksininin tətbiqinə başlanılır

Hazırda oxunan: Azərbaycanda bu gündən "Sputnik V” vaksininin tətbiqinə başlanılır

21464

Bu gündən etibarən Azərbaycan vətəndaşları yeni koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə Rusiya istehsalı olan "Sputnik V” vaksinindən də istifadə edə biləcəklər.

Bizim.Media xəbər verir ki, vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanılır.
 

MÖVZU İLƏ BAĞLI:

"Sputnik V" vaksininin ilk partiyası Azərbaycana gətirildi


Yaşı 18-dən yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

Martın 11-də Azərbaycanın baş naziri Əli Əsədov 300 000 doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan respublikamıza idxalı ilə bağlı sərəncam imzalayıb. Bundan sonra Azərbaycanın Səhiyyə Nazirliyi Rusiyanın peyvəndini istifadə üçün təsdiq edib.

“Sputnik V” vaksinləri Azərbaycana mayın 2-də gətirilib.

Qeyd edək ki, vaksin 65 ölkə tərəfindən tanınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin