Generala məxsus olduğu iddia edilən hospital MƏHKƏMƏYƏ VERİLDİ

Hazırda oxunan: Generala məxsus olduğu iddia edilən hospital MƏHKƏMƏYƏ VERİLDİ

214618

"Medistyle" (MediStyle Hospital) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində məhkəməyə şikayət edilib.

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, tanınmış anestezioloq-reanimatoloq Hacı-Həsənli Zəfər İsmayıl oğlu "MediStyle Hospital"dan əmək haqqını ala bilmədiyi üçün Nərimanov Rayon Məhkəməsində "Əmək haqqı tələbi" üzrə iddia qaldırıb.

İşə hakim Səbinə Nuriyevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Zəfər Hacı-Həsənli 2010-2014-cü illərdə Mərkəzi Gömrük Hospitalında, 2014-cü ildən isə "MediStyle Hospital"da anestezioloq-reanimatoloq işləyib.

Xatırladaq ki, fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadəyə məxsus olduğu deyilən "MediStyle Hospital"a uzun müddət onun bacısı oğlu İmran Ağayev rəhbərlik edib. O, həmçinin klinikanın təsisçisidir. Hazırda "MediStyle" MMC-nin qanuni təmsilçisi klinikada uroloq-androloq vəzifəsində işləyən Ramil Əhmədov Famil oğludur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin