Küçə itinin hücumuna məruz qalan Qax məktəblisinin SON VƏZİYYƏTİ

Hazırda oxunan: Küçə itinin hücumuna məruz qalan Qax məktəblisinin SON VƏZİYYƏTİ

214589

Qax şəhərində fənn hazırlığından qayıdan məktəbliyə it hücum çəkib, ona müxtəlif bədən xəsarətləri yetirib .

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 11-ci sinif şagirdi Əhməd Cumazadə hadisədə bərk qorxsa da qışqıraraq yaxınlıqda yaşayan insanları xəbərdar edə bilib.
 

Hadisə şahidlərinin sözlərinə görə, adətən axşama doğru küçələrdə sahibsiz itlər həddindən çox artır. Məktəbli də həmin saatlarda evinə gedərkən hadisə baş verib.


Məktəblinin səsinə küçəyə çıxan sankinlər ona ilkin tibbi yardım göstərəndən sonra Qax rayon mərkəzi Xəstəxanasına göndəriblər. Burada Ə. Cumazadəyə ilk növbədə quduzluq əleyhinə iynə vurulub. Həkimlər xəsarət alan şəxsi müayinə edən zaman məlum olub ki, küçə iti məktəbliyə boyun, döş, bel və ayaq nahiyələrinin müxtəlif yerlərindən xəsarət yetirib.

Bir neçə saat xəstəxanada qalan 11-ci sinif şagirdi həkimlərin məsləhəti ilə evə buraxılıb.

Ailə üzvləri məktəblinin vəziyyətinin qənaətbəxş olduğunu, həyatı təhlükəsinin sovuşduğunu bildiriblər.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin