Sentyabrda havanın temperaturu iqlim normasından YÜKSƏK OLUB

Hazırda oxunan: Sentyabrda havanın temperaturu iqlim normasından YÜKSƏK OLUB

214570

2024-cü ilin sentyabr ayı ərzində havanın temperaturu əksər günlərdə iqlim normasından yüksək olub. 

Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. 

O qeyd edib ki, sentyabr ayında Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu müsbət 23.9 dərəcə olub ki, bu da iqlim normasından 2 dərəcə yüksəkdir. 

Ötən ay ərzində havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 2 sentyabr tarixində 35 dərəcə, bölgələr üzrə isə 2-3 sentyabr tarixlərində Aran rayonlarında 37 dərəcə, Naxçıvan MR-da 38 dərəcə isti müşahidə olunub. 
 

“Sentyabr ayında ümumi olaraq bölgələr üzrə 20 gün yağıntılı keçib. Yağıntı əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olub. Ən çox yağıntı isə aylıq normanın 97 faizi olmaqla Balakən-Şəki bölgəsinə düşüb. Ölkə üzrə dolu düşməsi Qazax rayonunun 7 kəndində, Ağdam rayonunun Quzanlı kəndində, Xocavənd və Xocalı rayonlarında qeydə alınıb. Şahdağın yüksək dağlıq ərazilərində (3500 metr yüksəkliyə qədər) isə qar yağıb. 


Xidmətin rəisi bildirib ki, sentyabr ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq narıncı və sarı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 6 gün, bölgələrdə isə 26 gün küləkli olub. Küləyin maksimal sürəti Abşeron yarımadasında 23 m/s, bölgələrdə isə 28 m/s-dək güclənib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin