Məişət tullantılarının vaxtında daşınmamasına görə cəzalar TƏTBİQ OLUNACAQ

Hazırda oxunan: Məişət tullantılarının vaxtında daşınmamasına görə cəzalar TƏTBİQ OLUNACAQ

214567

Tullantıların insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin qarşısının alınması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması məqsədilə, tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyət artırılacaq.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihədə tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsinə görə, habelə həmin məmulatların tullantılarının ətraf mühitə təkrar atılmasına görə tətbiq edilən sanksiyalarda müəyyən dəyişikliklər edilir.

Sənəddə, həmçinin məişət tullantılarının idarə olunmasına dair tələblərin pozulmasına görə həm yeni sanksiyalar, eyni zamanda, əməlin təkrar törədilməsinə görə və məişət tullantılarının buna cavabdeh şəxslər tərəfindən vaxtında xüsusi ayrılmış ərazilərə daşınmamasına görə yeni inzibati tənbehlərin müəyyən edilməsi də təklif edilir.
 

Qeyd olunub ki, dəyişikliklərdə piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasını nəzərdə tutan müvafiq maddələrdən “bayıra hər hansı əşya və tullantıların atılması” sözlərinin çıxarılmasında məqsəd isə bu xətaları ümumiləşdirərək Məcəlləyə yeni 352.2-ci maddənin əlavə edilməsidir.


Həmçinin dəniz və çay nəqliyyatı gəmilərindən, dəmir yolu nəqliyyatı vasitələrindən tullantıların atılmasına görə də inzibati tənbehlər təklif edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin