ADY-dən YENİLİK - Yük əməliyyatlarının müddəti 20 dəqiqəyə ENDİRİLİB

Hazırda oxunan: ADY-dən YENİLİK - Yük əməliyyatlarının müddəti 20 dəqiqəyə ENDİRİLİB

214559

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sənədlərin qeydiyyatı və rəsmiləşdirilməsi prosesini əhəmiyyətli dərəcədə optimallaşdıran elektron iş icazəsi (naryad) sistemini istifadəyə verib. Bu yenilik sayəsində məlumatların dəqiqliyi əhəmiyyətli dərəcədə artıb, xətaların sayı azalıb və sənədlərlə işi sürətləndirmişdir”. 

Bu barədə ADY-nin Yük daşımaları departamentinin rəisi Emil Əhmədov Bizim.Media-ya açıqlamasında deyib.  

O, əlavə edib ki, bu alət iş prosesinin sadələşdirilməsində və müştərilərlə qarşılıqlı əlaqənin yaxşılaşdırılmasında effektiv olduğunu sübut edib:

“Yeni tətbiq olunmuş rəqəmsal naryad sistemi ADY-də saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə qədər azaldır.

 

“ADY SMART” sistemində “Yük Əməliyyatları Xidməti” modulunda təqdim olunan bu funksionallıq müştərilərə naryadın ayrılması üçün müraciəti elektron qaydada, kağız sənədləşmə olmadan birbaşa təqdim etməyə, yük qaimələrini elektron şəkildə hazırlamağa, emal və maliyyə sənədlərini sürətlə qəbul etməyə, eləcə də sistem tərəfindən avtomatik hazırlanmış xidmət təriflərini əldə etməyə imkan verir.


Avtomatlaşdırılmış naryad prosesi sayəsində müştərilər vaxta qənaət edərək sistemdəki elektron kabinetlərində naryadın ayrılma prosesinin bütün mərhələlərini və statuslarını izləyə bilərlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin