İlham Əliyev Cəbrayılda “Prestij-Kimya” zavodunun təməlqoyma mərasimində iştirak edib - FOTO

Hazırda oxunan: İlham Əliyev Cəbrayılda “Prestij-Kimya” zavodunun təməlqoyma mərasimində iştirak edib - FOTO

214375

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sənaye Parkında, həmçinin “Prestij-Kimya” MMC-nin zavodunun təməlqoyma mərasimində iştirak ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

Bildirilib ki, şirkət Sənaye Parkının 2,15 hektar ərazisində dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhlulların istehsalını həyata keçirəcək zavod inşa edəcək. İnvestisiya dəyəri 5,8 milyon manat olan müəssisədə 214 nəfər daimi işlə təmin ediləcək.

Türkiyənin, Çinin, Avropanın qabaqcıl ölkələrinin texnologiyalarından istifadə ediləcək müəssisədə il ərzində 30 min ton müxtəlif dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsal olunması nəzərdə tutulur. Müəssisədə istehsal olunacaq məhsulların daxili bazarla yanaşı, xarici bazarlarda da satışı planlaşdırılır.

Dövlətimizin başçısı zavodun təməlini qoyub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin