"Ermənistanın xarici işlər naziri bütün ölkələrdəki səfirlərinə təlimat verib ki, çalışdıqları ölkələrin Xarici İşlər Nazirliyinə görüşlə bağlı müraciətlər etsinlər və sərhəddə baş verənlər barədə onlara məlumat versinlər".
Bizim.Media xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu özünün "Facebook" hesabında məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Elxan Şahinoğlu: "Ermənistan Zəngəzura Çini də gətirmək istəyir"
O bildirib ki, erməni səfirləri həmin görüşlərdə saxta məlumat verəcək və Azərbaycan əleyhinə təbliğat aparacaqlar:
"Ona görə də Azərbaycanın müxtəlif ölkələrdəki səfirlərinin də çalışdıqları ölkələrin Xarici İşlər Nazirliklərinə müraciət edərək görüşlərə və aparılan danışıqlar barədə onları məlumatlandırmasına ehtiyac var. Əks halda birtərəfli təbliğatın hədəfinə çevrilə bilərik".
Bizim.Media