Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ – “Mal-qaradan çox, özümüzə görə narahatıq” – FOTO

Hazırda oxunan: Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ – “Mal-qaradan çox, özümüzə görə narahatıq” – FOTO

214346

Müxtəlif vaxtlarda Qubanın Əlik, Haput kəndlərində sakinlərin arı yeşiyini dağıdan ayılar bu dəfə iri buynuzlu heyvanları hədəf seçib. Sosial şəbəkələrdə Qubanın Gömür Dəhnə kəndində sakinlərə məxsus şəxsi mal-qaranın ayıların hücumuna məruz qalması barədə görüntülər yayılıb. Həmin görüntülərdə iribuynuzlu heyvanın bədənində xəsarət izləri diqqət çəkir.

Bu barədə kənd sakinləri Bizim.Media ilə fikirlərini bölüşüblər. Onların sözlərinə görə, kəndə qəfil gələn ayılar 4 sakinin mal-qarasına ziyan vurub. Son aylarda sakinlərin 6 inəyi vəhşi heyvanın hücumu nəticəsində məhv olub, 10 baş heyvan isə xəsarət alıb. Vəhşi heyvanlar Gömür Dəhnə kəndində tez-tez görünürlər.

Sakinlər deyir ki, biz mal-qaradan çox, öz həyatları üçün narahatdırlar:

“Kəndin ərazisində sərbəst gəzməyə ehtiyat edirik. Vəhşi heyanları öldürməyə icazə olmadığından əlimiz-qolumuz bağlanıb, yırtıcılar isə qəfildən həyət-bacada görünür, heyvanları yaralayır”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat almağa çalışdıq.

Dövlət Ekoloji Xidmətindən Bizim.Media-ya bildirilib ki, Gömür Dəhnə kəndində ayıların vətəndaşların şəxsi təsərrüfatına ayıların hücumu barədə quruma məlumat daxil olub:

“Qərar belədir ki, Xaçmazdakı 5 saylı ekologiya və təbii sərvətlər idarəsinin mütəxəssislərindən və ovçulardan ibarət qrup yaradılacaq, kənddə növbətçilik tətbiq ediləcək. Ayılar gəldiyi halda hürküdücü vasitələrdən istifadə ediləcək."







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin