“Şəki” klubu amerikalı basketbolçu Coş Robinsonla güclənib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tam adı Coşua Kuinşon Eyvanda Robinson olan, 198 sm boya malik basketbolçu yeni klubunda 3 nömrəli formanı geyinəcək. Ötən mövsümü Şadron Dövlət Kollecinin basketbol komandasında keçirən 24 yaşlı hücumçu Avropada ilk peşəkar müqaviləsini "Şəki" ilə bağlayıb.
Qeyd edək ki, Şəki təmsilçisi daha əvvəl Ərcan Donat, Əbdülmətin Quliyev, Kris Barton, Karl Cons, Ceyhun Həsənli və Aleks Koldvelli heyətinə qatıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:00 / 02.10.2024
Amerikalı basketbolçu “Şəki”də
Hazırda oxunan: Amerikalı basketbolçu “Şəki”də
Hazırda oxunan: Amerikalı basketbolçu “Şəki”də
214229
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.