123 nömrəli avtobusun interval problemi nə vaxt həllini tapacaq? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: 123 nömrəli avtobusun interval problemi nə vaxt həllini tapacaq? – RƏSMİ AÇIQLAMA

214215

Sərnişinlər “Azadlıq Prospekti” metrostansiyasından Sumqayıt şəhərinə hərəkət edən 123 nömrəli avtobusdan narazıdırlar.

Bizim.Media-ya daxil olan şikayətlərə görə, güclü sərnişin axını ilə ayaqlaşmayan daşıyıcı şirkət narazılığa əsas yaradıb. Belə ki, 123 nömrəli yeni Sumqayıt-Novxanı-Bakı marşrutunda pik saatlarda qrafik pozulur. Bəzən 30-40 dəqiqə gecikmə ilə hərəkət edən avtobus sərnişin sıxlığına görə dayanacaqların bir çoxunda saxlamır.

Nəzərə alaq ki, bu xəttin Sumqayıta qədər uzadılması təqdir edilsə də 585 nömrəli  marşurutun ləğvi narazılıqla qarşılanıb. Çünki 123 nömrəli marşrutdakı avtobusda sərnişinlər bir qayda olaraq sıxlıqda hərəkət etməyə məcbur olublar. Ən əsası Novxanı, Binəqədi və Corat sakinləri bu marşrutdan pik saatlarında faydalana bilmirlər.

Problem nə zaman həllini tapacaq?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Tural Orucov Bizim.Media-ya bildirib ki, sentyabrın 14-dən 15 avtobusla fəaliyyətə başlayan 123 nömrəli marşrut xətti üzrə sərnişin tələbatı nəzərə alınaraq əlavə nəqliyyat vasitələrinin cəlb edilməsi ilə bağlı daşıyıcıya tapşırıq verilib:

“Hazırda müntəzəm xətt üzrə 23 avtobus 8 dəqiqəlik hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. Vahid Dispetçer Mərkəzi tərəfindən real vaxt rejimində təqdim edilən informasiyaya, eləcə də ərazidə aparılan monitorinqlərə əsasən avtobusların hərəkət qrafiklərinin pozulması hallarının əsas səbəbi tıxac problemidir”.

Məlumat üçün bildirək ki, 123 nömrəli marşrut əvvəllər “Azadlıq prospekti” metro stansiyasından Novxanıdakı Aquaparka qədər hərəkət edirdi.

Bu ilin 14 sentyabrından isə avtobusun marşrutu Sumqayıt şəhərinin mərkəzi küçəsinə qədər uzadılıb

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin