Ukraynadan ölkəmizə reabilitasiya üçün gətirilən uşaqlar Azərbaycanda qalırlar? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Ukraynadan ölkəmizə reabilitasiya üçün gətirilən uşaqlar Azərbaycanda qalırlar? – Rəsmi AÇIQLAMA

214202

Rusiya və Ukrayna arasında 2022-ci ilin fevralından indiyədək davam edən müharibədə 500-dən çox uşaq həlak olub. Ukraynanın Baş Prokurorluğunun yaydığı məlumata görə, bu ilin iyulun 1-nə qədər 555 uşaq həlak olub, 1420-dən çox uşaq isə yaralanıb.

Müharibədə ən çox uşaqlar əziyyət çəkirlər. Onların bəzisi atılan mərmilər, raketlər nəticəsində həlak olub, yaralanır, bəzisi isə valideynlərini, yaxınlarını itirməklə müharibə dəhşətlərini yaşayırlar. Bir sözlə mənəvi cəhətdən müharibənin ağrısını hiss edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynadan daha 30 uşaq Azərbaycana gətirildi - FOTO


Həmin uşaqların yenidən həyata inamını qazanmaq məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Ukraynada müharibədə əziyyət çəkən uşaqlara Azərbaycan da öz əlini uzadır. Belə ki, onlar ölkəmizdə reabilitasiya xidmətləri ilə təmin olunurlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatıan görə, 5 qrupla birlikdə ümumilikdə 180-dən çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.

Uşaqlara Agentliyin müxtəlif Uşaq Reabilitasiya Mərkəzlərində keçirilən 10 günlük proqram çərçivəsində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir, peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil olunur.

Bəs həmin uşaqların sonrakı aqibəti necə olur? Reablitasiya prosesindən sonra təkrar öz ölkələrinə qaytarılır? Valideynlərini itirmiş uşaqlar burada dövlət nəzdində olan körpələr evinə və ya övladlığa verilirmi?

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Qurbanov Bizim.Media-ya bildirib ki, uşaqlar reabilitasiya bitdikdən sonra öz ölkələrinə geri dönürlər:

“Onlar bura reabilitasiya keçməyə gəlirlər. Bununla yanaşı bizim tarixi abidələrimizlə tanış olur, ölkəmizin gəzməli-görməli yerlərini, tarixi abidələrini gəzirlər, mədəniyyətimizlə tanış olurlar. Yəni həm reabilitasiyaya cəlb olunurlar, həm də asudə vaxtlarını tarixi yerlərə səyahət etməklə səmərəli keçirirlər. Övladlığa götürmə deyil”.

Günay Şahmar, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin