Bu gün ilin son Günəş tutulması OLACAQ

Hazırda oxunan: Bu gün ilin son Günəş tutulması OLACAQ

214189

Bu gün cari ilin son tutulma hadisəsi baş verəcək. Bu tutulma halqalı Günəş tutulması olacaq. 

Bu barədə Bizim.Media-ya Nəsirəddin Tusi adına şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. 

Bildirilib ki, halqalı tutulma Ay apogeydə (Yerdən maksimum uzaqlıqda) və yaxın nöqtələrdə olduğu zaman baş verir. Bu zaman Ay diskinin görünən ölçüsü kiçildiyi üçün Günəşi tam örtə bilmir və Ay diskinin kənarında nazik işıqlı halqa qalır. 

Tutulma hadisəsi əsasən Sakit okeana düşsə də, ümumilikdə Cənubi Amerika, Şimali Amerikanın cənubu, Atlantik okeanı və Antarktidanı əhatə edəcək.

Halqalı tutulmanı isə Çili və Argentinadan müşahidə etmək mümkün olacaq, Bakı vaxtı ilə saat 19:42 başlayıb saat 01:47-də bitəcək tutulmanın maksimumu saat 22:45-ə uyğun gəlir. Maksimal tutulma 7 dəqiqə 24 saniyə davam edəcək. 

Məlumatda qeyd edilib ki, tutulma hadisəsi Azərbaycandan müşahidə olunmayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin