Şahmat üzrə Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsinin püşkü atılıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov "The FTX Crypto Cup"un ilk turunda ABŞ təmsilçisi Hikaru Nakamuraya rəqib olub.
Şəhriyar Məmmədyarov isə Maqnus Karlsenlə görüşəcək. Hər iki şahmatçı ağ fiqurlarla çıxış edəcəklər.
Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla V turda, Məmmədyarov isə VII turda qarşılaşacaq. Onlar bu qarşılaşmalarını da ağ fiqurlarla keçirəcək. VI turda isə Azərbaycan şahmatçıları bir-birinə rəqib olacaq. Rəcəbov ağ, Məmmədyarov isə qara fiqurlarla oynayacaq.
Qeyd edək ki, yarış 23 - 31 mayda gerçəkləşəcək. Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur. (report)
Bizim.Media
- A-
- A
- A+
İdman
16:47 / 17.05.2021
Rəcəbov və Məmmədyarovun Aronyanla görüşlərinin vaxtı açıqlandı
Hazırda oxunan: Rəcəbov və Məmmədyarovun Aronyanla görüşlərinin vaxtı açıqlandı
Hazırda oxunan: Rəcəbov və Məmmədyarovun Aronyanla görüşlərinin vaxtı açıqlandı
21412
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.