Qazi 470 manat borca görə məhkəməyə verilib? – “Kontakt Home”dan AÇIQLAMA

Hazırda oxunan: Qazi 470 manat borca görə məhkəməyə verilib? – “Kontakt Home”dan AÇIQLAMA

21397

“Kontakt Home” şirkəti 470 manat kredit borcuna görə 44 günlük döyüşdə ağır yaralanmış Cavid Aşirovu məhkəməyə verib” - Bunu "Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu ictimailəşdirib. 

O, bunun anlaşılmazlıq şəraitində baş verə biləcəyini də qeyd edib: “İnanıram ki, "Kontakt Home"nin rəhbərliyi bilsə, 470 manata görə qazini incitməyə razı olmaz! Hələ heç əlillik dərəcəsi verilməyib qazimizə!” 

Məsələylə bağlı “Kontakt Home” mağazalar şəbəkəsinin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Vəfa Rüstəmova Bizim.Media-ya açıqlamasında bildirib ki, “Kontakt Home” hərbi əməliyyatlar dövründə müvafiq sənədlər əsasında cəbhədə iştirak edən müştərilərin borclarını dondurub.

Hərbi əməliyyatlar bitdikdən sonra isə müvafiq güzəştlər tətbiq olunub: 

“Cavid bəyin də ödənişlərini dondurmuşduq, lakin təəssüf ki, bizə sənəd təqdim etmədiyi üçün güzəşt müddətini uzada bilməmişik”.

Vəfa Rüstəmova bildirib ki, Rey Kərimoğlunun paylaşdığı sənəd əsasında Cavid Aşirovun məlumatları yoxlanılıb, 4 ay uzadılma edilib və müharibə dövründə hesablanmış gecikmə məbləği və gecikmə günləri ləğv edilib: 
 

“Müştərinin işi hazırda məhkəmədə deyil, çoxsaylı gecikmələr səbəbilə hüquq-kollektor agentliyindədir.


İnşallah ki, Cavid bəy tezliklə sağlığına qovuşar, lakin əgər ona əlillik dərəcəsi təyin edilsə, bu haqda bizə sənəd təqdim etdiyi halda, 1-ci və ya 2-ci dərəcəli əlillik səbəbilə adındakı bütün borcu silinəcək. Əlavə qeyd edim ki, ötən il pandemiya dövründə Müştəri Qayğı Proqramı çərçivəsində Cavid bəyə ödənişlərində 5 ay uzadılma tətbiq etmişik. Hərbi əməliyyatlarla bağlı güzəştlə birlikdə ümumilikdə, 9 ay uzadılma olunub”.

Bəs Cavid Aşırova əlillik təyin edilmədiyi halda, səhhətindəki problemlərlə bağlı olaraq, borcu silinə bilərmi? 

“Kontakt-Home” sözcüsü bildirib ki, bu cür şəxslərin xəstəlikləri davam etdiyi halda müştərilərə hər hansı zəhmət verilmədən, sənədin sürəti elektron qaydada şirkətin telefon nömrəsinə göndərilməklə müxtəlif güzəştlər edilir.

Vəfa Rüstəmova onu da əlavə edib ki, Vətən müharibəsi qazilərinə I qrup əlillik təyin edildiyi halda həmin şəxslərn özlərindən əlavə valideyinlərinin, həyat yoldaşlarının, övladlarının da borcları silinir:

“Bunu piar üçün etmirik. Öz vətəndaşlıq borcumuzu yerinə yetirərək, əmək qabiliyyətini itirmiş qazilərimizin, onların yaxınlarının sosial durumunu yaxşılaşdırmaq məqsədilə edirik”.  

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin