FİFA Samuel Eto'Oya qadağa qoydu

Hazırda oxunan: FİFA Samuel Eto'Oya qadağa qoydu

213928

FİFA-nın İntizam Komitəsi Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto'Onun 6 ay müddətinə Kamerun millisinin oyunlarında iştirakına qadağa qoyub.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“Barselona”, “İnter”, “Anji” və “Çelsi”nin sabiq futbolçusu FİFA intizam məcəlləsinin təhqiredici və nalayiq davranış və ədalətli oyun prinsiplərinin pozulması ilə bağlı iki maddəsi ilə təqsirli bilinib.

43 yaşlı Eto'Oya qarşı sanksiyalar 2024-cü il sentyabrın 11-də Kamerun və Braziliya arasında keçirilən FİFA U-20 qadınlararası dünya çempionatının 1/8 final mərhələsində davranışına görə tətbiq edilib.

Eto'Oya qoyulan qadağa onun 6 ay müddətində bütün kateqoriyalar və yaş qrupları üzrə Kamerunun kişi və qadın millilərinin oyunlarına getməsinə mane olacaq.

Eto'O 2021-ci ildən Kamerun Futbol Federasiyasının prezidentidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin