Zaxarova Blinkeni son açıqlamasına görə "əclaf" adlandırdı

Hazırda oxunan: Zaxarova Blinkeni son açıqlamasına görə "əclaf" adlandırdı

213918

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ dövlət katibi Antoni Blinkenin 1941-ci il sentyabrın 29-30-da Babi Yar faciəsinin xatırlayaraq Rusiyanın yalandan Ukraynanı “deazifikasiya etdiyinə” dair fikirlərini şərh edib.

Bizim.Media xəbər verir ki, Zaxarova bu barədə özünün “Telegram” kanalında yazıb.

“Bunu ancaq bir əclaf deyə bilərdi, çünki Rusiya Babi Yar qurbanlarının qatillərinin cinayətlərini davam etdirənləri denazifikasiya edir. Rusiya əməkdaşlar Bandera və Şuxeviçi izzətləndirən Banderaçıları denazifikasiya edir. Babi Yarda yəhudilər, eləcə də qaraçılar və sovet hərbi əsirləri öldürüldü. 34 min nəfər kütləvi qətlin ilk günləridir. Edam olunanların ümumi sayı hələ dəqiq müəyyən edilməyib, lakin 100 min nəfəri ötüb (təxminlərə görə 120 və hətta 150 minə qədərdir).

Xatırladım ki, həmin Blinkenin ölkəsində faşist işbirlikçilərinin abidələri var”, - Rusiya XİN rəsmisi qeyd edib.

Qeyd edək ki, Blinken Ukrayna - Rusiya müharibəsi ilə bağlı son açıqlamasında Babi Yar faciəsini xatırlayıb: “Biz 1941-ci il sentyabrın 29-30-da Babi Yarda nasistlərin 34 min yəhudini öldürdüyü qırğını xatırlayırıq. Bu gün Rusiya yalandan Ukraynanı “deazifikasiya etdiyini”, həm nasist, həm də sovet rejimləri tərəfindən qəddarlığa məruz qalmış ölkədə insanlığa qarşı cinayətlər törətdiyini iddia edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin