FHN-də COP29-a hazırlıqla əlaqədar müşavirə KEÇİRİLDİ

Hazırda oxunan: FHN-də COP29-a hazırlıqla əlaqədar müşavirə KEÇİRİLDİ

213880

Sentyabrın 30-da Fövqəladə Hallar Nazirliyində bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına –
COP29-a hazırlıq çərçivəsində aidiyyəti təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə növbəti müşavirə keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumata görə, müşavirədə nazir müavinləri, FHN-in müvafiq struktur bölmə və qurumlarının rəhbərləri iştirak edib.

Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin beynəlxalq aləmdə qazandığı yüksək nüfuzunun növbəti təsdiqi kimi bu ilin noyabrında Bakıda keçiriləcək COP29-un əhəmiyyətini vurğulayıb, bu mötəbər tədbirə hazırlıqla əlaqədar Fövqəladə Hallar Nazirliyinin üzərinə düşən vəzifələrin icrası məsələlərindən danışıb.

Daha sonra COP29-a hazırlıqla bağlı aidiyyəti təhlükəsizlik məsələlərinin həllinə dair Fövqəladə Hallar Nazirliyində yaradılmış Qərargahın üzvlərinin ötən müşavirədən keçən dövr ərzində görülmüş işlərlə əlaqədar məruzələri dinlənilib, geniş müzakirə aparılıb.

Müşavirəyə yekun vuran nazir Kəmaləddən Heydərov Bakıda keçiriləcək mötəbər tədbirlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin ayrı-ayrı qurumlarının üzərinə düşən vəzifələrin yüksək səviyyədə icrası məqsədilə müvafiq tapşırıqlar verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin