Bağçalarda uşaqların təhlükəsizliyi necə QORUNMALIDIR?

Hazırda oxunan: Bağçalarda uşaqların təhlükəsizliyi necə QORUNMALIDIR?

213877

Uşaq bağçalarında tez-tez neqativ hallarla rastlaşırıq. Bunların bəzisi ictimailəşir, bəzisi isə elə bağçanın içərisində “həll olunur”. Bunlar, əsasən, uşaqların döyülməsi, küncə qoyulması, onlarla kobud rəftar və bu kimi məlumatlardır. Belə neqativ hallar həm dövlət, həm də özəl uşaq bağçalarında qeydə alınıb. 

Ötən həftə isə AzTV -nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızı bağçada aldığı xəsarətdən vəfat edib. Səbail rayonu İzzət Nəbiyev küçəsində yerləşən "Candy kids" adlı özəl uşaq bağçasında təlim-tərbiyə alan körpə xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib. Azyaşlının atası mətbuata açıqlamasında qızını xəstəxanaya aşpazın apardığını, müəllimənin bağçada işinin başında olmadığını bildirib. 

Bizim.Media-nın əldə etdiyi məlumat görə, azyaşlı Sədəf boğazında yemək qaldığına görə nəfəs ala bilməyib və həyatını itirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı aparıcının qızı bağçada xəsarət alaraq həyatını itirdi - FOTO


Bəs bağçalardakı uşaqların təhlükəsizliyi necə təmin olunur? Buna görə kim cavabdehdir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elmin Nuri deyib ki, uşaqların təhlükəsizliyinə daha çox tərbiyəçi cavabdehdir:

“Məsələyə peşəkar yanaşsaq, bağça müəllimi ifadəsi yanlışdır. Məkətəbəqədər təhsil müəssisəsində tərbiyəçi və metodist var. Bağçadakı tərbiyəçi və metodistlərin paralel olaraq hərəsinin ayrı-ayrılıqda vəzifələri var. 

Metodist məktəbəqədər yaşlı uşaqlarla işləyən, onlara müəyyən oyunlarla, ibtidai təhsil elementləri, ilkin bilikləri öyrədən şəxslərdir. Tərbiyəçi isə həmin uşaqlara nəzarət edən, onlar oyun oynayarkən onların təhlükəsizliyinə, onların bir-birləri ilə dalaşmamasına, bir sözlə, neqativ halların yaşanmamasına çalışan şəxsdir”.

O bildirib ki, həm dövlət, həm də özəl bağçalarda uşaqların təhlükəsizliyinə, onların sağlamlığına, düzgün qidalanmasına kifayət qədər diqqət olunmalıdır:
 

“Bağça sistemində qruplar var, bu, körpələr və nisbətən böyük yaşlılar qrupudur. Körpələr qrupunda işləmək həddindən artıq çətindir. Elə başa düşülməsin ki, uşağın təhlükəsizliyi deyəndə ancaq o, pilləkəndən yıxılanda tutub təhlükəsizliyini təmin etməlisən. Burada qidaların qarışdırılmaması, uşaq üçün zərəəli olan qidaların uşaq tərəfindən yeyilməməsi, əllərin təmizliyi, gigiyena və s. məsələlər var. 


Xüsusi gigiyenik şəraitdə onların qorunması təhlükəsizlik prinsipinə aiddir. Buna məktəbin metodist və tərbiyəçi heyəti məsuliyyət daşıyır və bu, onların vəzifə səlahiyyətlərinə aiddir”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin