Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin növləri və həyata keçirilməsi qaydası təsdiqlənib.
Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin aşağıdakı növləri vardır:
1. qəza-xilasetmə və digər təxirəsalınmaz işlər;
2. təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsi;
3. ilkin zəruri təmir-bərpa işləri;
4. ictimai asayişin qorunması;
5. əhalinin təxliyəsi və daimi məskunlaşdırma məsələləri həllini tapanadək müvəqqəti sığınacaqla təmin edilməsi;
6. sanitariya-gigiyena tədbirləri və epidemiya (epizootiya) əleyhinə tədbirlər;
7. ərazilərin və su tutumlarının (rezervuarlarının) zərərsizləşdirilməsi;
8. əhalinin ilkin həyat təminatı üçün tədbirlər;
9. xəbərdar etmə və maarifləndirmə.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:49 / 30.09.2024
Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı əsas tələblər AÇIQLANDI
Hazırda oxunan: Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı əsas tələblər AÇIQLANDI
Hazırda oxunan: Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı əsas tələblər AÇIQLANDI
213874
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.