"Hazırda Bakının mərkəzi hissəsində 49 800 kvm piyada zonası mövcuddur. Daha 15 300 kvm sahənin tamamilə piyadalaşması, həmçinin 10 000 kvm ərazidə piyada üstünlüyü olan zonaların yaradılması planlaşdırılır".
Bizim.Media xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
O deyib ki, artıq müvafiq layihələr aidiyyəti dövlət qurumlarına göndərilib:
“Piyada zonalarının yaradılması Böyük Bakının Regional İnkişaf Planına da daxil edilib, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə də birgə müzakirələr aparılıb”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:51 / 17.05.2021
Bakıda piyada zonaları artırılacaq – BNA-dan açıqlama
Hazırda oxunan: Bakıda piyada zonaları artırılacaq – BNA-dan açıqlama
Hazırda oxunan: Bakıda piyada zonaları artırılacaq – BNA-dan açıqlama
21364
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.