Bakı Nəqliyyat Agentliyi vətəndaşların rahatlığını nəzərə alaraq M8 ekspress marşrut xəttini (Maştağa qəsəbəsi - “Gənclik” metro stansiyası) adi rejimə keçirib.
Bizim.Media xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Vüsal Kərimli "Twitter" sosial şəbəkəsində bildirib.
"Daimi sərnişinlərimizə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib", - deyə o, qeyd edib.
Bizim.Media
Vətəndaşlarımızın rahatlığı nəzərə alınaraq M8 ekspress xətti (Maştağa qəs-“Gənclik” m/st) adi rejimə keçirilib. Daimi sərnişinlərimizə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib.
— Vüsal Kərimli (@VusalKarmli) May 17, 2021
Daim Sizin xidmətinizdəyik.#BNA #publictransport