Ceyhun Bayramov misirli həmkarı ilə nələri müzakirə etdi? – FOTO

Hazırda oxunan: Ceyhun Bayramov misirli həmkarı ilə nələri müzakirə etdi? – FOTO

213371

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Misir Ərəb Respublikasının xarici işlər, miqrasiya və xaricdə yaşayan misirlilərlə iş naziri Bədr Əbdülati ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. 

Görüş zamanı Misirin xarici işlər naziri təyin edilməsi münasibətilə qarşı tərəfə təbriklər çatdırılıb, bu təyinatın Azərbaycan-Misir əlaqələrinin daha da dərinləşdirilməsinə töhfə verəcəyinə dair inam ifadə olunub. 

Azərbaycan ilə Misir arasında qarşılıqlı hörmət və etimada əsaslanan konstruktiv dostluq münasibətlərinin uzun tarixə malik olduğu bildirilərək, iki ölkənin dövlət başçılarının sıx təmasları sayəsində bu münasibətlərin qorunub saxlanılması və daha da inkişaf etdirilməsinin mümkün olduğu diqqətə çatdırılıb.

Bu xüsusda, Azərbaycan Respublikası Prezidentinin Misirə son rəsmi səfərinin ikitərəfli əlaqələrimizin inkişafı üçün yeni səhifənin açılması, əməkdaşlığımızda çoxsaylı fürsətlərin ortaya çıxarılması baxımından əhəmiyyəti vurğulanıb. 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında Misirin dövlət başçısı səviyyəsində iştirakının təsdiqinə görə qarşı tərəfə minnətdarlıq ifadə olunub, qlobal əhəmiyyətli bu tədbirin yaşıl enerji sahəsində Azərbaycan-Misir əməkdaşlığı üçün əlavə imkanlar yarada biləcəyi diqqətə çatdırılıb. 
 

Postmünaqişə dövründə bölgəmizdə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı barədə qarşı tərəf ətraflı məlumatlandırılıb. 


Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin