Azərbaycan növbəti partiya meymunçiçəyi testləri alır

Hazırda oxunan: Azərbaycan növbəti partiya meymunçiçəyi testləri alır

213340

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi (TƏBİB) meymunçiçəyi (MONKEYPOX ) virusunun aşkarlanması üçün növbəti dəfə PCR dəstləri alır.

Bizim.Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, qurum PCR kitlərinin satın alınması ilə bağlı tender elan edib.

Beləliklə, 5000 dəst PCR dəstinin sifariş edildiyi bildirilib.

Qeyd edək ki, meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları ilk dəfə olaraq ötən ay Azərbaycana gətirilib.

Ölkəmizdə meymunçiçəyi infeksiyasına yoluxma halı qeydə alınmasa da, infeksiyanın yayılmaması məqsədilə bütün ilkin profilaktik tədbirlər aidiyyəti qurumlar tərəfindən icra olunur. Ümumilikdə hazırda Azərbaycanda digər infeksiyalar da nəzərə alınmaqla epidemioloji durum sabitdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin