Ödəniş terminallarında komissiya haqqının tutulması ilə bağlı Mərkəzi Bankdan AÇIQLAMA

Hazırda oxunan: Ödəniş terminallarında komissiya haqqının tutulması ilə bağlı Mərkəzi Bankdan AÇIQLAMA

213277

Ötən günlərdə, ödəniş terminallarından istifadə edən müştərilərdən əlavə komissiya haqqının tutulması barədə məlumat vermişdik

Məsələ ilə bağlı “MilliÖN”dən Bizim.Media-ya bildirilmişdi ki, sözügedən qərar banklar tərəfindən verilib. Buna görə də, sentyabrın əvvəlindən ödəniş terminallarında bank xidmətlərindən istifadə edənlərdən 1 faiz əlavə komissiya haqqı tutulur.
 

MÖVZU İLƏ BAĞLI:

Ödəniş terminallarında niyə komissiya haqqı TUTULUR? – RƏSMİ AÇIQLAMA

 

Bəs bu qayda hansı banklara şamil edilib?

Məsələ ilə bağlı Mərkəzi Bankdan Bizim.Media-nın sorğusuna cavab verilib.

Cavabda bildirilib:

 “Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 36.6 maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin