Son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı, bu da təbii olaraq bizim ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərirdi və biz bu tənəzzülü qeyri-neft sektorunun inkişafı ilə tənzimləyirdik.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışında səsləndirib.
“Ancaq neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılmış və onlardan tələb edilmişdir ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin. Son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılırdı. Bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranmışdır ki, daha bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül olmayacaq”, - deyə dövlətimizin başçısı əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:31 / 26.09.2024
İlham Əliyev neft hasilatındakı nöqsanlarla bağlı tələbləri AÇIQLADI - VİDEO
Hazırda oxunan: İlham Əliyev neft hasilatındakı nöqsanlarla bağlı tələbləri AÇIQLADI - VİDEO
Hazırda oxunan: İlham Əliyev neft hasilatındakı nöqsanlarla bağlı tələbləri AÇIQLADI - VİDEO
213272
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.