"Əl-Hilal" Neymarın son vəziyyətini AÇIQLADI

Hazırda oxunan: "Əl-Hilal" Neymarın son vəziyyətini AÇIQLADI

213144

"Əl-Hilal"ın baş məşqçisi Xorxe Jesus zədəli futbolçusu Neymarın durumu haqqında danışıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, o, 32 yaşlı hücumçunun meydana çıxmağa hazır olmadığını deyib: 
 

“Neymar təkcə "Əl-Hilal" üçün deyil, bütövlükdə Səudiyyə Ərəbistanı çempionatı üçün çox vacib oyunçudur. Lakin onun qayıdışı ilə bağlı dəqiq tarix deyə bilmərəm. Yanvarda Neymarın vəziyyətini yenidən qiymətləndirəcəyik”.


Qeyd edək ki, futbolçu 2023-cü ilin oktyabrında DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvay millisi ilə oyunda (0:2) zədələnib.

Kluba qoşulduqdan sonra Neymar cəmi 5 oyun keçirib, 1 qol vurub və 3 qolun ötürməsini verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin