Naxçıvanda sahibkarlara 1,5 milyon manat güzəştli kredit ayrılıb

Hazırda oxunan: Naxçıvanda sahibkarlara 1,5 milyon manat güzəştli kredit ayrılıb

213025

Cari ilin ilk 8 ayı ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar 30 layihə üzrə Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kreditlərindən yararlanıblar.

SİF-dən Bizim.Media-ya bildirilib ki, sahibkarların layihələrinin maliyyələşdirilməsinə fond tərəfindən ümumilikdə 1,5 milyon manat güzəştli kredit ayrılıb.
 

Kreditdən yararlanmış sahibkarlıq subyektləri muxtar respublika ərazisində sənaye, turizm, kənd təsərrüfatı, akvakultura, ictimai iaşə kimi iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərirlər. Layihələrin icrası nəticəsində 41 yeni iş yerinin yaradılması nəzərdə tutulub.


Qeyd edək ki, 2023-cü ilin fevral ayından etibarən Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi Naxçıvanda fəaliyyət göstərən sahibkarlıq subyektlərini də əhatə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin