Payız depressiyası ilə bağlı XƏBƏRDARLIQ – “Bu simptomlar varsa...”

Hazırda oxunan: Payız depressiyası ilə bağlı XƏBƏRDARLIQ – “Bu simptomlar varsa...”

212965

Payız fikirlərin və planların dağınıq olduğu fəsildir. İsti və qaynar yay həyatından sonra soyuq və sıxıcı payızda bəzi insanlar özlərinə yer tapmır. Ona görə də payıza depressiyalar fəsli deyirlər. Xüsusən də, emosional və həssas insanlar bu ayda daha çox depressiyaya düşür. Hətta gündəlik hava da bəzi adamların əhvalına pis təsir edir. Küləkli, yağışlı havalarda bəzi adamlar bayıra çıxmır. Bəzən işdən belə yayınırlar.

Havanın yaratdığı ovqatsızlıq bəzən uzunmüddətli depressiyaya çevrilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana payız gəldi


Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən psixoloq Gülnar Orucova qeyd edir ki, ümumiyyətlə fəsil, melanxolik, xroniki, distimi depressiya növləri var:

“Əksər insanlar daha çox payız aylarında fəsil depressiyasına düşürlər. Bəzi insanlarda gizli depressiya gedir. Bunun bir başqa adı isə distimi depressiyadır. Gizli depressiyaya tutulan insanların iki gün əhvalları yaxşı, bir gün pis olur. Bu beləcə dövr edir. Fərd isə artıq yenidən ovqatı düzələn zaman vəziyyətin fərqində olmur. Distimi depressiya üç ilə qədər davam edə bilir və buna görə də mütləq mütəxəssisə müraciət olunmalıdır”.

Psixoloq əlavə edib ki, payız depressiyası insanda hormonal və fiziki dəyişiklərə də yol açır:

“İnsanlarda yaşam həvəsi aşağı düşür, şiddətli aqressivlik, səbirsizlik müşayiət olunur. Belə insanların TH səviyyəsi də anidən qalxıb enə bilər. İştahsızlıq, yuxusuzluq sürətli çəki itkisinə gətirib çıxara bilər ki, nəticədə mədə-bağırsaq xəstəlikləri, həzm kanalında problemlər yaranma ehtimalı var.

Ən çox depressiya stress mənşəli xəstəliklərin yaranmasında lokomotiv rolunu oynayır. Depressiyadan qurtulmağın ən asan yolu sosiallaşmaqdır. İnsan sevdiyi və hörmət etdiyi insanlarla eyni ortamı bölüşəndə həmin adamlardan müsbət enerji alır. Nəticədə həmin insanda həyat eşqi güclənir. Həyat eşqi güclü olan insanlar isə depressiyadan hər zaman uzaq olurlar”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin