Bu ölkədə azarkeşlər qonaq komandanın baş məşqçisini DÖYDÜLƏR - FOTO

Hazırda oxunan: Bu ölkədə azarkeşlər qonaq komandanın baş məşqçisini DÖYDÜLƏR - FOTO

212891

Serbiya Superliqasının 9-cu turunda “Srvena Zvezda” və “Partizan” arasında keçirilən Belqrad derbisində meydan sahiblərinin azarkeşləri 0:4 hesabı ilə uduzduqları oyundan sonra qonaq komandanın paltardəyişmə otağına hücum çəkib. 

Bizim.Media xəbər verir ki, tərəfdarlar rəqib baş məşqçi Aleksandr Stanoyeviçə ciddi xəsarət yetirib. Çalışdırıcı matçdan sonrakı mətbuat konfransına üzündə sarğılarla qatılıb. 

Xatırladaq ki, ötən gün “Partizan”ın ev oyunlarını keçirdiyi arenada naməlum şəxslər yanğın törətmişdi.

Buna baxmayaraq, oyunu təşkil etmək mümkün olub. Amma qarşılaşmanın nəticəsi yerli fanatları qəzəbləndirib.

Bir neçə ildir əzəli rəqibi üzərində böyük üstünlük quran “Srvena Zvezda” 4:0 hesablı qələbə qazanaraq çempionluq yarışında rəqibi ilə xal fərqini bir az da artırıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin