Bakıda sevgilisini döyən şirkət rəhbərinə cəmi 50 manatlıq CƏRİMƏ

Hazırda oxunan: Bakıda sevgilisini döyən şirkət rəhbərinə cəmi 50 manatlıq CƏRİMƏ

212869

Bakıda sevgi münasibətində olduğu qadına şiddət göstərdiyi bildirilən vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxtda fəaliyyət göstərən şirkətlərdən birinin icraçı direktoru olan 1978-ci il təvəllüdlü Ceyhun Muradov (soyad şərti) barəsində protokol tərtib edilib.
 

Belə ki, Nərimanov rayon sakini Şəfiqə Xəlilova (ad-soyad şərti) polisə şikayət edərək uzun müddətdir sevgi münasibətində yaşadığı Ceyhunun onu döydüyünü və təqib etdiyini bildirib.


Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsində şikayətlə bağlı araşdırma aparılıb və cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilib. Əvəzində onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və saxlanılıb.

Sentyabrın 18-də vəzifəli şəxs protokolla birgə Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə Şəfiqə Xəlilova bildirib ki, xeyli müddətdir ailəli olan Ceyhundan ayrılmaq istəsə də, qarşı tərəf bununla razılaşmır: “Təxminən 1 il əvvəl ona ayrılmaq istədiyimi dedim. Ceyhun Nərimanovda yaşadığım ünvana gələrək məni döyüb xəsarət yetirdi. Bir neçə gün əvvəl də telefonda danışan zaman ayrılmaq istədiyini dedim, bu zaman məni hədələdi və polisə müraciət etdim”.

Polisə təqdim edilmiş səs yazısından məlum olub ki, Ceyhun Şəfiqəni hədələyərək təhqir edib.

Barəsində protokol tərtib edilmiş şəxs, qısqanclıq zəminində Şəfiqə ilə tez-tez mübahisə etdiyini deyib. Törətdiyi əməllərdən peşman olduğunu bildirən Ceyhun Muradov məhkəmədən barəsində yüngül cəza tədbiri görməsini xahiş edib.

Nərimanov Rayon Məhkəməsinin 18 sentyabr tarixli qərarı ilə Ceyhun 50 manat cərimə edilərək məhkəmə zalından sərbəst buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin