Goranboyun Tatarlı kəndi niyə susuz QALIB? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Goranboyun Tatarlı kəndi niyə susuz QALIB? – RƏSMİ AÇIQLAMA

212796

Goranboy rayonunun Tatarlı kəndində su problemi yaşanır. Xüsusilə kənd sakinləri suvarma suyunun yoxluğundan əziyyət çəkirlər.

Bu şikayətlə Bizim.Media-ya bir qrup kənd sakini müraciət edib. Dediklərinə görə kəndin suvarma suyu kəsilib və əkin sahələri susuzluqdan quruyub. Buna səbəb kimi isə Goranboy Suvarma Sistemləri İdarəsinin özbaşınalığı göstərilir. 

Sakinlər dəfələrlə eyni problemin yarandığını bildiriblər:
 

MÖVZU İLƏ BAĞLI:

Abşeronda su borusu partladı: Əhali çarəsiz qaldı - VİDEO


“Hərəmizə məxsus 14-15 hektar meyvə bağlarımızda ağaclar susuzluqdan quruyur. Artezian quyusu yoxdur. İcra başçısı illərdir müəyyən vədlər verir, amma problem yenə də eyni... Goranboy Suvarma Sistemləri İdarəsi isə istədiyini edir. Elə ki, şikayət edirik, suyu buraxırlar. Səssiz qalanda, yenə su yoxdur. Mən anlamıram təbiətin suyuna necə yiyələnmək olar?”, - deyə sakinlər şikayətlənib. 

Məsələ ilə bağlı Goranboy Suvarma Sistemləri İdarəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, həmin kənddə 12 ədəd subartizian quyusu inşa edilib:

“Tatarlı kəndində ümumi 620 hektar əkin sahəsi var, orada 12 dənə subartizian quyusu xidmət göstərir. Qaraçay çayından həmin kəndə qol ayrılır ki, bununla da təminat olunur. Əvvəlki illərdə yağıntının az olması səbəbindən Qaraçayda su olmadığı üçün quraqlıq olmuşdu. Amma bu il orada elə bir problem yoxdur, gələcəkdə belə bir problemin yaşanmaması üçün Tatarlı camaatı bizdən iki dənə subartizian quyusuun inşasını istəyir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin