Un ucuzlaşdığı halda şirniyyatlar niyə BAHALAŞIB?

Hazırda oxunan: Un ucuzlaşdığı halda şirniyyatlar niyə BAHALAŞIB?

212788

Bakıda un məmulatlarının qiyməti artıb. 

Bizim.Media-nın araşdırmasına görə, şəhərin mağazalarında bir neçə adda məhsul ayın əvvəlinə nisbətən bahalaşıb. Belə ki, alıcılara təklif olunan “xaçapuri”, “şorqoğal”, “kətə” və bu kimi məhsulların qiymətində 0.20 – 0.40 AZN fərq var.
 

MÖVZU İLƏ BAĞLI:

Buğdanın tədarük qiymətində AZALMA – Çörək ucuzlaşacaq?


Bir həftə öncə 1 manata satılan toyuqlu “türk börek” indi 1 manat 30 qəpiyə təklif olunur. Digər məhsullarda da qiymət artımı bu və buna yaxın məbləğdə özünü göstərir.

Bununla yanaşı, qablaşdırılmış şirniyyatların da qiyməti artıb. Məsələn, ayın əvvəlində 55-60 qəpiyə təklif olunan “Adicto” şirniyyatı indi 1-1.20 manatdır. 

Paytaxtın şirniyyat və un məmulatlarını həyata keçirən mağazalarda da tortların qiyməti artıb. Əvvəl çəkisindən asılı olaraq 15 manata satılan tortun qiyməti hazırda 18-19 AZNdir.

Xatırladaq ki, avqust ayında unun topdansatış qiymətində ucuzlaşma qeydə alınıb. Rəsmi məlumatlara görə, avqust ayında ölkədə 50 kq-lıq unun topdansatış qiyməti 26,1-27,8 manat aralığında olub. İyul ayında isə bu rəqəm 26,8-28,5 manat olub.

Unun qiymətində bahalaşma qeydə alınmadığı halda un məmulatlarının qiymətinin qalxmasına səbəb nədir?

Mövzu barədə Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanda son qiymət artımının əsas səbəbi idxaldan asılılığımızdır:

“Azərbaycanda yerli istehsal zəifdir. Amma daha bir səbəb iki ay öncə dizel yanacağının qiymətinin birdən-birə 25 faiz artırılmasıdır. Yəni kənd təssərrüfatı, ərzaq məhsullarının daşınması, istehsalı, çatdırılması, bütün bunlar dizel yanacağı vasitəsilə həyata keçirilirdi və dizel yanacağının qiymətinin artırılması bütün sahələrdə qiymət artımının müşahidə olunmasına gətirib çıxardı”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin