ABŞ və Fransa hər gün Qarabağ məsələsini gündəmdə saxlayır, Ermənistan isə “qızışır” - VİDEO

Hazırda oxunan: ABŞ və Fransa hər gün Qarabağ məsələsini gündəmdə saxlayır, Ermənistan isə “qızışır” - VİDEO

212663

ABŞ və Fransa sakitləşmir. Hər gün yeni bir qərar, əməl, yardım  və ya müxtəlif fikirlərlə Qarabağ məsələsini gündəmdə saxlayır, canlandırır, bir növ Ermənistanı Qarabağ uğrunda yeni müharibəyə hazırlayırlar. Tərəflər sistemli , məqsədyönlü və  zəncirvari addımlar atırlar.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev də dəfələrlə bu məsələlərə toxunub. 2 gün əvvəl Xankəndidə Qrabağ Universitetinin açılışında müəllim və tələbə heyəti ilə görüşən dövlət başçısı vurğulayıb ki, xarici mediada Azərbaycana qarşı əsassız ittihamlar işlədilir.

"Qərb ölkələrinin siyasətçiləri və yüksək vəzifə tutanlar, bəzi ölkələrin rəsmi nümayəndələri belə bir qəbuledilməz ifadələr işlədirlər ki, Azərbaycan Qarabağı zəbt edib. Yəni, bu, ikiüzlülüyün, riyakarlığın zirvəsidir" - deyə prezident əlavə edib.

Mövzuya millət vəkili Elçin Mirzəbəyli münasibət bildirib. Onun sözlərinə görə, Ermənistan ABŞ və Fransa tərəfindən silahlandırılır , bu dövlətə  böyük gəlirlər əldə etmək üçün imkan yaradılır, irimiqyaslı iqtisadi yardımlar edilir. Bir sözlə, həm Fransa, həm də ABŞ  hazırda anti-Azərbaycan fəaliyyəti nümayiş etdirir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin