Rusiyada həbs edilən azərbaycanlı vəkilə daha bir cəza veriləcək?

Hazırda oxunan: Rusiyada həbs edilən azərbaycanlı vəkilə daha bir cəza veriləcək?

212634

Hazırda dələduzluq ittihamı ilə Rusiyada həbsdə olan azərbaycanlı vəkil Elman Paşayev həbs olunmazdan əvvəl hərbi hissəni tərk edərək Moskvaya gəldiyi üçün onu intizam tənbehi və ya ordudan qovulma gözləyir.

Bizim.Media xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, o, beşinci briqadada xidmət edib. Bununla belə, həmkarları məşhur vəkili uzun müddətdir görmədiklərini bildiriblər.

Bildirilir ki, hazırda aktiv döyüşlər səbəbindən heç kimə məzuniyyət verilmir. Moskvaya getməyin yeganə yolu isə iş səfəridir, lakin hərbçilərin heç biri Paşayevə belə səfərə icazə verilməsi haqqında heç nə eşitməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin