Azərbaycan və Rusiyada axtarışda olan Aleksandr Lapşin İrəvanda SAXLANILDI - FOTO

Hazırda oxunan: Azərbaycan və Rusiyada axtarışda olan Aleksandr Lapşin İrəvanda SAXLANILDI - FOTO

212525

Bloqer Aleksandr Lapşin İrəvan hava limanında saxlanılıb

Bizim.Media xəbər verir ki, bu barədə Lapşin özünün teleqram kanalında məlumat yayıb.

“Məni az əvvəl Azərbaycan və Rusiya Federasiyasının axtarışı əsasında İrəvan Zvartnots hava limanında saxladılar. Bizdən onlarla birlikdə ofisə getməyimizi tələb etdilər. Mən imtina etdim.

Pasportumu götürdülər, mən bir saatdan çoxdur ki, pasport nəzarəti kabinələrinin qarşısında dayanmışam. Sərhədçilər erməni dilində danışırlar, mən ancaq “həbs” sözünü tuturam”, - bloqer qeyd edib.

Xatırladaq ki, Aleksandr Lapşin 2022-ci ildə Qarabağa qanunsuz səfər etmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin