Daxili İşlər Nazirliyi (DİN) mayın 15-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 21 cinayətin üstünü “isti izlər”lə açıblar.
Əvvəlki dövrlərdən bağlı qalmış iki cinayətin açılması təmin olunub.
MÖVZU İLƏ BAĞLI:
Axtarışda olan azərbaycanlı Ukraynada tutularaq ölkəmizə gətirildi
Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyənləşdirib.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.
Bizim.Media