Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniya 2-ci bundesliqasında debüt edib.
Bizim.Media xəbər verir ki, 27 yaşlı hücumçu yeni komandası “Nürnberq”in heyətində bu gün “Herta”ya qarşı ev matçında meydana çıxıb.
O, 6-cı turun bu görüşündə ehtiyatda yer alsa da, 39-cu dəqiqədə Benjamin Golleri əvəzləyərək oyuna daxil olub.
Lakin onun ilk matçı uğurlu alınmayıb. M.Emreli 90+5-ci dəqiqədə sarı vərəqə alıb. Qarşılaşma isə qonaq komanda “Herta”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Scherhant (37-ci dəq.) və Dardai (90) vurublar.
“Nürnberq” hazırda 6 oyundan 7 xalla 11-ci yeri tutur. “Herta” isə bu qələbə sayəsində xalını 10-a çatdırmaqla 7-ci pilləyə yüksəlib.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:42 / 21.09.2024
Mahir Emreli Almaniyada debüt etdi
Hazırda oxunan: Mahir Emreli Almaniyada debüt etdi
Hazırda oxunan: Mahir Emreli Almaniyada debüt etdi
212493
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.