Astarada 37 yaşlı kişini “tok” vuraraq öldürdü - FOTO/VİDEO

Hazırda oxunan: Astarada 37 yaşlı kişini “tok” vuraraq öldürdü - FOTO/VİDEO

212482

Astarada 37 yaşlı kişini elektrik cərəyanı vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bizim.Media-nən yerli bürosu xəbər verir ki, hadisə Astara rayonunun Seləkəran kəndi ərazisində baş verib. 

Lənkəran rayonunun Gərmətük qəsəbə sakini 37 yaşlı Elgün Məlikovu elektrik cərəyanı vuraraq öldürüb. 

Mərhumun qohumu Yalçın Tarverzadə bildirib ki, şirkət əməkdaşları mobil operatorlarının birininin kənarında, mühafizə zolağında qaynaq işləri aparıblar. Bu zaman Elgün Məlikov ərazidən keçən yüksək gərginlikli elektrik cərəyanına toxunub və cərəyan onu vurub.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə tibbi ekspertiza və potoloji anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Elgün Məlikov ailəli olub.

Faktla bağlı araşdırma aparılır.



Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin